SON XƏBƏRLƏR

İranda 21 yaşlı etirazçı edam ediləcək

2026.09.19, 09:53
İranda 21 yaşlı etirazçı edam ediləcək

Hazırda İsfahan həbsxanasında saxlanılan 21 yaşlı Təranə Rəhimi edama məhkum edilib.

Gunaz.tv

Bu barədə insan ahqları təşkilatları məlumat yayıb.

Yanvar etirazları zamanı həbs edilən T.Rəhimi "soyuq silah gəzdirmək" və "Molotof kokteyli hazırlamaq"la "müharibə"də ittiham olunub.

Onunla bir yerdə həbs edilən bacısı Rumina rəhimi isə 25 il azadlıqdan məhrum edilib.

Təranə Rəhiminin vəkili Şəhrzad Şahbazi müvəkkili ilə görüşünə icazə verilmədiyini və bir neçə ay ərzində onunla yalnız bir dəfə telefon vasitəsilə 1 dəqiqə danışa bildiyini deyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar