SON XƏBƏRLƏR

Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)

2026.09.20, 13:36
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)

Gunaz.tv

Güney Azərbaycandan olan idmançı Elin Zamanı Süleymaniyyədə keçirilən yarış zamanı türkcə çıxışının videosu sosial şəbəkələrdə geniş yayıldıqdan sonra peşəkar CFL yarışlarının çempionu olub.

Elin yarışdan əvvəl “Türkün qanı, qurdun ruhu, yaşasın Azərbaycan, yaşasın türk milləti” şüarını səsləndirib. O, üzərində Azərbaycan və Traxtur Azərbaycan adlarının əks olunduğu şərflə səhnəyə çıxaraq geniş diqqət çəkib.

Final mərhələsində idmançının Traxtur bayrağını qaldırmasına etiraz edilib. Buna baxmayaraq, Elin Zamanı “Bu səs türkün səsidir” adlı qəhrəmanlıq mahnısının sədaları altında səhnəyə çıxıb və yarışın sonunda çempionluq titulunu qazanıb.

Onun son günlərdə yayılan videoları azərbaycanlı istifadəçilər arasında geniş maraq doğurub. Traxtur tərəfdarlarının bir çoxu Elin Zamanının çıxışını və səsləndirdiyi fikirləri Güney Azərbaycan türklərinin kimliyi və mədəniyyətinin ifadəsi kimi qiymətləndirib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar