SON XƏBƏRLƏR

İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub

2026.09.21, 13:49
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub

Sabah 22 sentyabr (1 mehr) İranda yeni təhsl ili başlayır.

Gunaz.tv

Bu münasibətlə bu gün ölkədə birinci sinif şagirdlərinin "Fidanlar bayramı" keçirilib.

Məktəblərdən birində keçirilən həmin bayram tədbirində İran Prezidenti Məsud Pezeşkian iştirak edib və son müharibə dövrü Sistan və Bəlucistan əyalətinin Minab şəhərində müəmmalı şəkildə hədəf alınan məktəbdə həyatını itirən şagirdlərin xatirəsini yad edib.

İran Prezidenti təhsil tədbirində seçkidən əvvəl ölkədə bütün xalqların öz ana dillərində təhsili ilə bağlı verdiyi vədiə toxunmayıb.

Bildindiyi kimi İranda milyonlarla azərbaycanlı yaşasa da, dövlət məktəblərində yalnız fars dilində təhsil verilir, ana dilində sistemli təhsil hüququ isə hələ də tanınmır.

İran Konstitusiyasının 15-ci maddəsində xalqların öz ana dilində mətbuat və KİV-dən istifadə etməsi, həmçinin məktəblərdə ədəbiyyatın tədris olunması nəzərdə tutulsa da, bu, praktiki olaraq həyata keçirilmir. 

Ölkədə bütün ümumtəhsil məktəblərində tədris və təlim dili yalnız fars dilidir. 

Azərbaycan türkcəsində və ya digər qeyri-fars dillərdə (kürd, ərəb, bəluc və s.) məktəb təhsili yoxdur. Zaman-zaman pilot layihələr və ya seçmə dərslərlə bağlı vədlər verilsə də, bu günə kimi real nəticə əldə olunmayıb.

Prezident və parlament eçkiləri ərəfəsində namizədlər ana dilində təhsil barədə vədlər versələr də, bu, seçkilərdən sonra unudulur və təkdilli təhsil sistemi dahada gücləndirilir.

Hazırda bir çox azərbaycanlı ana dili fəallı İran həbsxanalarında saxlanılır və onların ana dili və milli hüquqları barədə tələblərinin hüquqi əsasının yaranmasına imkan verməmək üçün fəallara qarşı "separatizm", "hökumətə qarşı təbliğat", "casusluq" və başqa bu kimi əsassız  ittihamlar irəli sürülür.

Prezident seçilməsində azərbaycanlıların müstəsna rolu olan Məsud Pezeşkian isə arada bir Azərbaycan dilində bir-iki beyt şeir oxumaqla İslam Respublikası sistemində hələ də problemin həllinə ümid edən qrupları coşdurur və rejimin siyasətləri istiqamətində onların dəstəyindən  istifadə edir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar