SON XƏBƏRLƏR

Gürcüstan da İrana qadağa tətbiq etdi

2026.09.21, 14:21
Gürcüstan da İrana qadağa tətbiq etdi

ABŞ-ın sanksiya siyahısına daxil edilən İran aviaşirkətləri sentyabrın 21-dən Gürcüstana uçuşları dayandırıb.

Gunaz.tv

Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Məlumata görə, son reyslər sentyabrın 20-də həyata keçirilib. Qərar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin sentyabrın 8-də 27 İran aviaşirkətini sanksiya siyahısına daxil etməsindən sonra qəbul edilib.

Baş nazir İrakli Kobaxidze də İranla aviaəlaqənin dayandırıldığını təsdiqləyib. O bildirib ki, Tiflis Tehrana qarşı ikitərəfli sanksiyalar tətbiq etmir, beynəlxalq sanksiya rejiminə uyğun hərəkət edir.

Qeyd edək ki, İranın “Mahan Air” aviaşirkətinin Türkiyəyə reysləri də bugündən dayandırılıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar