SON XƏBƏRLƏR

İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi

2026.09.23, 15:39
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi

Ötən təhsil ilində ölkənin müxtəlif bölgələrində ibtidai siniflərdə oxuyan 140,562 şagird təhsili tərk edib.

Gunaz.tv

Bu haqda İran təhsil nazirinin müavini Rizvan Həkimzadə açıqlama verib.

Onun sözlərinə görə, təhsili tərk edən şagirdlərin sayına görə Sistan və Bəlucistan, Tehran, Rəzəvi Xorasan və Xuzistan əyalətləri ilk yerlərdə qərarlaşıblar.

İranlı mütəxəssislərin fikrincə yoxsulluq və təhsil xərclərinin artması şagirdlərin məktəbi buraxmalarına səbəb olan amillər arasında birinci yeri tutur.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar