SON XƏBƏRLƏR

İran məhkəməsi türkiyəli humanitar fəala 10 həbs cəzası verdi

2026.09.24, 09:43
İran məhkəməsi türkiyəli humanitar fəala 10 həbs cəzası verdi

İran məhkəməsi 1 il əvvəl bu ölkədə həbs edilən Almaniya vətəndaşı türkiyəli humanitar fəal Serkan Ereni 10 il həbs cəzasına məhkum edib.

Gunaz.tv

Bu barədə Ştutqartda yerləşən STELP yardım təşkilatı məlumat yayıb.

Humanist missiya ilə İrana gəldikdən sonra həbs edilən 42 yaşlı Erenə qarşı "düşmən dövlətlə əlaqə" ittihamı irəli sürülb.

STELP təşkilatı hökmə etiraz edərək, verilən cəzanı ədalətsiz sayıb və Serkan Erenin və digər əlaqəli şəxslərin təhlükəsizliyini qorumaq üçün hazırda iş barədə əlavə məlumat dərc etməyəcəyini açıqlayıb.

Serkan Eren 24 iyun 2025-ci ildə İrana humanitar yardım gətirdikdən sonra həbs edilib və uzun müddət onun ailəsinə və Almaniya hökumətinə məhbusun talei barədə məlumat verilməyib.

İrana səyahət etməzdən əvvəl Eren Almaniyanın 1-ci televiziya kanalına verdiyi müsahibədə anlaşılmazlıqların qarşısını almaq üçün peyk telefonu, güllə keçirməyən jilet və ya dəbilqə də daxil olmaqla heç bir rabitə və ya qoruyucu vasitə gətirmədiyini və İrana yalnız çanta ilə girəcəyini bildirmişdi.

Serkan Eren yardım fəaliyyətinə 2015-ci ildə, Avropada qaçqın böhranı ilə eyni vaxtda başlayıb. 2023-cü ildə o, bu ölkənin prezidentindən Almaniya Federativ Respublikasının Ləyaqət Ordenini alıb.

Deutsche Welle bu şəxsi "Türkiyə-Almaniya vətəndaşı" kimi təqdim etsə də, STELP yardım təşkilatının üzvləri onun Almaniya vətəndaşlığına malik olmadığını və sadəcə bu ölkənin sakini olduğunu bildiriblər.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar