SON XƏBƏRLƏR

Sünni din xadimi məhkəməyə çağırıldı

2026.09.26, 09:49
Sünni din xadimi məhkəməyə çağırıldı

Gilan əyalətinin Talış bölgəsinin Viznə kəndinin sünni din xadimi və cümə imamı İslam Salehi Rəşt şəhərinin Xüsusi Ruhanilər Məhkəməsinə çağırılıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bu, onun sentyabrın 25-i Viznənin "Xatəm əl-Ənbiya" məscidində cümə namazına imamlıq etməsindən sonra baş verib.

Məlumatda qeyd olunub ki, bundan əvvəl də sünni din xadiminə bölgədə yaşayan sünnilərin toplaşması və cümə namazı qılmaları barədə xəbərdarlıq edilib, təzyiq göstərilib.

Qeyd edək ki, rəsmi Tehran şiə ideologiyasını üstün tutduğu üçün sünni əhalinin sıx yaşadığı bölgələrdən kənarda onların müstəqil dini və sosial təşkilatlanmasına imkan vermir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar