SON XƏBƏRLƏR

Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası

2026.09.26, 12:46
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası

Bir sıra qonşu ölkələrin İran aviaşirkətlərinin uçuşlarına qoyduğu məhdudiyyətlər cavabsız qalmamalıdır.

Gunaz.tv

Bu barədə Qumda yerləşən Astan Qüds Rəzəvi qurumuna bağlı "Qüds" qəzeti çağırış edib.

Qəzet İran uçuşlarına qoyulan məhdudiyyətləri İranın hava təcridinə hesablandığını yazıb və buna cavab verilməsini istəyib:

"Regionun hava yollarında birbaşa hərbi əməliyyatlar olmadan belə, aviasiya xəbərdarlıqları vermək, təlimlər keçirmək və uçuş riskini artırmaqla pozuntular yaratmaq mümkündür". 

Qeyd edək ki, ABŞ sanksiyalarından sonra son günlərdə İran uçuşlarına qoyulan məhdudiyyətlər genişlənib, region ölkələri də İran Aviaşirkətlərinin təyyarələrini qəbul etməkdən imtina ediblər.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar