SON XƏBƏRLƏR

Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?

2026.09.26, 23:56
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?

İran hökuməti diplomatiyadan danışarkən, Xameneiyə yaxın bir qəzet Trampdan qisas alınmasını tələb edib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, “Keyhan” qəzeti İran Prezidenti Məsud Pezeşkiyanın ABŞ prezidentinə qarşı sui-qəsdlə bağlı hökumətin hər hansı planının olmadığını bildirməsindən sonra Tramp və digər amerikalı rəsmilərdən “qisas alınmasını” tələb edib.

İranın ali dini liderinin nəzarətində olan “Keyhan” qəzeti “Qisas almaq İran xalqının tələbidir; Tramp öldürülməlidir” başlıqlı yazısında Pezeşkiyanın mövqeyini “passiv” adlandırıb və “heç kəsin qisasdan geri çəkilmək haqqı yoxdur” yazıb.

Hüseyn Şəriətmədari, Xameneinin “Keyhan” qəzetindəki nümayəndəsi həmçinin İranın əvvəlki liderinin öldürülməsinə görə məsul şəxslərdən “intiqam alınması” ilə bağlı Müctəba Xameneiyə aid edilən mesajdan sitat gətirib.

“Şəriətmədari” başqa bir yazısında isə “Danışıqlar aldatma əməliyyatıdır; dəniz və hava blokadası güc yolu ilə yarılmalıdır” başlığı ilə İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ-ın razılığı və danışıqların bərpası şərtilə Hörmüz boğazının yeddi gün ərzində açılması təklifini “zəiflik siqnalı” adlandırıb.

Qəzet həmçinin bəyan edib ki, özünün “dəniz və hava blokadası” adlandırdığı vəziyyət davam edərsə, regiondakı neft obyektləri və ABŞ-la əlaqəli iqtisadi maraqlar hücumların hədəfinə çevrilə bilər.

Bu mövqelər İran hökumətinin rəsmilərinin Nyu-Yorkda danışıqlar və diplomatiya yolundan danışdığı bir vaxtda səsləndirilib.


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar