SON XƏBƏRLƏR

Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir

2026.09.27, 08:00
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran hələ də İranın döyüşlərin dayandırılması və Hörmüz boğazının açılması ilə bağlı təklifinə dair ABŞ-ın rəsmi mövqeyinin vasitəçilər kanalı ilə Tehrana çatdırılmasını gözləyir.

Əraqçi bildirib ki, ABŞ Prezidenti Donald Tramp açıq şəkildə İranın təklifini rədd etdiyini açıqlasa da, Vaşinqtonun rəsmi mövqeyi hələ də vasitəçilər vasitəsilə Tehrana çatdırılmayıb.

İranın xarici işlər naziri vurğulayıb ki, Hörmüz boğazının açılması ilə bağlı istənilən addım İranın şərtlərinin yerinə yetirilməsindən asılıdır və mövcud dalandan çıxmağın yeganə yolu danışıqlar yolu ilə həllə nail olmaqdır.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar