SON XƏBƏRLƏR

Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib

2026.09.27, 14:29
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Qəşqayi türklərinin tanınmış müğənnisi və sənətkarı Məsud Mehdi Ələmdarlı 66 yaşında vəfat edib.

Ələmdarlı 16 sentyabr 1960-cı ildə anadan olub. O, uzun illər müəllim kimi fəaliyyət göstərməklə yanaşı, yeniyetməlik dövründən Qəşqayi musiqisi və ifaçılığı ilə məşğul olub. 

Qəşqayi türklərinin musiqi ənənələrindən bəhrələnən sənətçi Zərqan, Mərvdəşt, Eqlid və Şirazda müxtəlif proqram, konsert və festivallarda çıxış edib.

Onun ifa etdiyi əsərlər arasında “Baş Xosrov”, “Xosrov və Lay-lay”, “Təhmər” və “Şahxtayi” yer alır. Ələmdarlının ifalarından ibarət iki kaset də 1981-ci ildə yayımlanıb.

Ələmdarlı musiqi ilə yanaşı, idman sahəsində də fəaliyyət göstərib. O, Zərqan və Şiraz vilayətində voleybolçu və voleybol məşqçisi kimi çalışıb.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar