Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni “X” sosial şəbəkəsində məlumat verib.
“Eni”dən sonra IP də ölkə üzrə yanacağın qiymətlərinə yuxarı hədd tətbiq etmək qərarına gəlib. Bu, italyan ailələrinə göstərilən diqqətin mühüm göstəricisidir və yanacağın bahalaşmasının qarşısının alınmasına konkret töhfə verməyin mümkün olduğunu təsdiqləyir”, – deyə Meloni bildirib.
İtaliyanın Baş naziri iki ölkə arasında əməkdaşlığı daha da gücləndirən bu addıma görə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkür edib.
Meloni qeyd edib ki, İtaliya hökuməti xüsusilə mövcud mürəkkəb beynəlxalq şəraitdə ailələrə dəstək göstərmək və onların alıcılıq qabiliyyətini qorumaq istiqamətində fəaliyyətini davam etdirəcək.
C