SON XƏBƏRLƏR

Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib

2026.09.28, 17:26
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib

Gunaz.tv

İsrailin baş naziri Benyamin Netanyahu məxfi səfərlə özəl təyyarədə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə gedərək ölkə prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.

İsrail mediasının məlumatına görə, Netanyahu sentyabrın 27-də Əbu-Dabidə təxminən dörd saat qalıb. Görüşün gündəliyi və tərəflərin müzakirə etdiyi məsələlər barədə hələlik rəsmi açıqlama verilməyib. İsrail Baş nazirinin ofisi də görüşün məzmunu ilə bağlı məlumat yaymayıb.

Səfərlə bağlı ilk məlumat sentyabrın 27-də, saat 21:41-də İsrailin N12 telekanalı tərəfindən yayımlanıb və xəbər saat 22:03-də yenilənib.

İsrail Hayomun bu gün yaydığı yeni məlumata görə, Netanyahu səfər zamanı Mossad rəhbəri Roman Qofman və Milli Təhlükəsizlik Şurasının rəhbəri və milli təhlükəsizlik müşaviri Şmuel Ben-Ezra ilə birlikdə olub. Məlumata görə, səfərdə İsrail Şin Betinin yüksək vəzifəli əməkdaşı və Netanyahunun ofisinin digər yüksək rütbəli nümayəndələri də iştirak edib.

Səfərin məzmunu və Netanyahu ilə bin Zayed arasında aparılan danışıqların detalları isə hələlik açıqlanmayıb.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar