Günaz TV-nin məlumatına görə, Mirzayi və Vasiqi onlara qarşı irəli sürülən ittihamları rədd edərək, həbs və məhkəmə prosesinin təhlükəsizlik qurumları tərəfindən onlara qarşı iş hazırlanması çərçivəsində həyata keçirildiyini bildiriblər. Onlar həmçinin məhkəmə sisteminin müstəqilliyini sual altına alıblar.
Azərbaycanlı fəalların bildirdiyinə görə, iş üzrə istintaq hakimi Kərimi təhlükəsizlik qurumlarından irəli sürülən ittihamlarla bağlı hər hansı sübut əldə etməməsinə baxmayaraq, üç aydan artıqdır həbs qətimkan tədbiri tətbiq etməklə onların azadlığa buraxılmasına mane olur.
Mirzayi və Vasiqi bildiriblər ki, ittihamlarla bağlı sübutların təqdim edilməməsinə baxmayaraq, onların həbsdə saxlanılması davam etdirilir və bununla bağlı məhkəmə prosesində etirazlarını bildiriblər.
Qeyd edək ki, iyunun 28-də Siyamək Mirzayi Xiyavda (Meşgin), Əsgər Əkbərzadə və Əli Vaseqi isə Ərdəbildə həbs edilib.
Hər üç fəal bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə saxlanılıblar.
Əsgər Əkbərzadə sentyabrın 2-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsa da, Siyamək Mirzayi və Əli Vasiqi Ərdəbil həbsxanasının 6-cı və 17-ci bölmələrində saxlanılırlar.
Günaz TV
R.G