SON XƏBƏRLƏR

İranın 24 həbsxanasında 79 məhbus edam edilib

2026.09.29, 12:53
İranın 24 həbsxanasında 79 məhbus edam edilib

Son 20 gün ərzində İranın 24 həbsxanasında 79 məhbus edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onların çoxu narkotik maddələrin alveri və qətldə günahlandırılsalar da, bir neçə məhbus siyasi və təhlükəsizlik ittihamlarına görə dar ağacından asılıb.

Edam edilənlər arasında 6 qadın məhbusun da adı var.

Qeyd olunan müddət ərzində ən çox edam halları isə İsfahan, Məşhəd, Təbriz və Əhvaz həbsxanalarında həyata keçirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar