SON XƏBƏRLƏR

Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var

2026.09.30, 09:16
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində genişmiqyaslı atışma baş verib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Rsəmi məlumatda polisin silahlı quldurlara qarşı əməliyyat keçirdiyi iddia edilib.

Məlumata görə, əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı şəxslərlə qarşıdurmaya girib və nəticədə cinayətkarlar zərərsizləşdirilib.

Bəlucistan İnsan Hüquqlarını Sənədləşirmə Şəbəkəsi isə yerli mənbələrə istinadən rəsmi məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

Qeyd olunub ki, dörd saat davam edən qarşıdurmadan sonra Mürtəza Sutudə adlı silahlı şəxs sursatı bitdikdən sonra hökumət qüvvələrinin əlinə düşməmək üçün özünü öldürüb.

Sutudənin bu barədə hadisə yerindən göndərdiyi səs yazısı yayılıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar