SON XƏBƏRLƏR

İran lüks avtomobillərin idxalını dayandırdı

2026.09.30, 21:36
İran lüks avtomobillərin idxalını dayandırdı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran hökuməti prezidentin göstərişi ilə lüks avtomobillərin idxalını dayandırıb. Qərar BMW 7 Series, Toyota Land Cruiser 300 və Toyota Prado kimi modellərə də şamil olunur və xaricdə yaşayan iranlılar da bu qadağadan istisna edilmir.

Nazirliyin açıqlamalarına və yayılan məlumatlara görə, lüks avtomobillərin idxalının dayandırılmasının əsas səbəblərindən biri onların yüksək valyuta tələbatı və hökumətin valyuta resurslarını daha əlçatan avtomobillərin idxalına yönəltmək siyasətidir.

Məlumatlara görə, orta qiyməti 60 min dollar olan 1000 lüks avtomobilin idxalı təxminən 60 milyon dollar valyuta tələb edir. Halbuki eyni məbləğlə orta qiyməti 15 min dollar olan təxminən 4 min işlənmiş avtomobil idxal etmək mümkündür.

Valyuta resurslarının məhdud olduğu şəraitdə hökumət daha az vəsaitin bahalı avtomobillərin idxalına yönəldilməsini və idxalın daha ucuz və bazarda daha çox tələb olunan avtomobillərə keçirilməsini nəzərdə tutur.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar