SON XƏBƏRLƏR

Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib

2026.10.01, 14:46
Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib

30 sentyabr İranın hökumət qüvvələrinin etnik bəluçların yaşadığı Sistan və Bəluçistan əyalətində mülki vətəndaşlara qarşı qanlı hücumun ildönümü münasibətilə çağırışlar edilib.

Gunaz.tv

Hadisə 2022-ci ilin 4 noyabrında (13 aban) baş verib.

Bu münasibətlə Sistan və Bəlucistan əyalətində hadisə qurbanlarının xatirəsi yad edilib, səsləndirilən çağırış və bəyanatlarda səbəbkarların cəzasız qaldığına diqqət çəkilib.

Qeyd edək ki, Zahidan və Xaş şəhərlərində polis komandirinin 15 yaşlı yeniyetmə qıza təcavüz etməsi və cəzasız qalmasına görə etiraz aksiyaları başlayıb.

"Zahidanın qanlı cüməsi" adlandırılan həmin gün hökumət məmurlarının atəşi nəticəsində 13-ü uşaq olmaqla, 103 nəfər ölüb, 300 nəfər isə yaralanıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar