SON XƏBƏRLƏR

Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb

2026.10.01, 17:37
Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Ukrayna və Avropa İttifaqı Kiyevin cari və gələn il üçün büdcə və müdafiə ehtiyaclarının qarşılanması yolları barədə razılığa gəlib.

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyası ilə ölkənin iqtisadi və müdafiə ehtiyacları ilə bağlı danışıqların yaxşı nəticələr verdiyini bildirib. Onun sözlərinə görə, tərəflər razılaşmanın formatı, vaxt cədvəli və həyata keçirilməsi üçün zəruri addımlar barədə razılığa gəliblər.

Kiyev daha əvvəl cari ilin büdcə kəsirini qarşılamaq üçün əlavə olaraq təxminən 20 milyard avroya ehtiyac duyduğunu açıqlayıb və Avropa İttifaqından maliyyə yardımının sürətləndirilməsini istəyib.

Avropa İttifaqı isə Ukraynaya maliyyə dəstəyinin davam etdirilməsinin Brüsselin tələb etdiyi islahatların həyata keçirilməsindən asılı olduğunu bildirib.

Bununla yanaşı, Avropa İttifaqı daha əvvəl Ukrayna iqtisadiyyatına və digər ehtiyaclarına dəstək məqsədilə 90 milyard avroluq kredit ayırıb.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar