SON XƏBƏRLƏR

Husilər Mədinəyə hücum etdilər

2026.10.01, 21:23
Husilər Mədinəyə hücum etdilər

Məkkə şəhərinə uğursuz hücumdan sonra indi isə husilərin İslam dünyasının ikinci müqəddəs şəhəri olan Mədinəyə də hücum etdiyi bildirilir.

Gunaz.tv

“Günaz TV”nin məlumatına görə, Yəmənin qanuni hökumətini dəstəkləyən koalisiya husilərin sentyabrın 29-da, çərşənbə axşamı səhər saatlarında pilotsuz uçuş aparatı ilə Mədinədəki “Teybə” elektrik paylayıcı stansiyasını hədəf aldığını açıqlayıb.

Koalisiyanın sözçüsü general-mayor Türki əl-Maliki bildirib ki, pilotsuz uçuş aparatının qalıqlarının araşdırılması və aparılan istintaq husilərin hücumun planlaşdırılması və həyata keçirilməsində iştirakını təsdiqləyib.

Hücum nəticəsində stansiyadakı transformatorlardan biri sıradan çıxıb, lakin ümumi elektrik şəbəkəsində fasilə yaranmayıb. Sözügedən stansiya Mədinədə yerləşən Peyğəmbər məscidinə elektrik enerjisi verən obyektlərdən biridir.

Əl-Maliki hücumu husilərin iki müqəddəs məkanı — Məkkə və Mədinəni hədəfə alma cəhdlərinin davamı kimi qiymətləndirib və bu şəhərlərin, eləcə də zəvvarların təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin davam etdiriləcəyini bildirib.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar