SON XƏBƏRLƏR

İranda daha üç etirazçı edam ediləcək

2026.10.02, 09:39
İranda daha üç etirazçı edam ediləcək

Tehran İnqilab Məhkəməsinin 23-cü bölməsi yanvar etirazları zamanı həbs edilən daha üç nəfər barəsində ölüm hökmü çıxarıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Hazırda Kərəcin Qızılhisar həbsxanasında saxlanılan Xosro Məhəmmədiniya, Məsud Tuşmalani və Sirvan Şəbani "müharibə", "ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq" və "düşmən dövlətlərlə əməkdaşlıq"da günahlandırılıblar.

Qeyd edək ki, İranda 2026-cı ilin əvvəlində milli valyutanın devalvasiyası, ağır sosial-iqtisadi şərait və rejim əleyhinə başlanan yanvar etirazları təhlükəsizlik qüvvələrinin sərt repressiyaları və komendant saatı ilə yatırılsa da, proseslə bağlı kütləvi həbslər və edam hökmləri hələ də davam edir,

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar