SON XƏBƏRLƏR

Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir

2026.10.02, 11:38
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir

Azərbaycanın C5+1 formatına qoşulması ölkənin öz köklərinə qayıtması deməkdir.

Gunaz.tv

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.

Onun sözlərinə görə, rəsmi Bakı Mərkəzi Asiya ölkələrinin Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə qoşulması barədə yekdil qərarını alqışlayır: "Mən həmişə deyirəm ki, məcazi mənada bu, yəni "beş üstəgəl bir", Azərbaycanın Mərkəzi Asiya klubuna qoşulması sadəcə riyazi məsələ deyil. Bu, "kimya" ilə, qovuşma bağlı məsələsidir. Azərbaycan bir növ öz köklərinə qayıdır".

H.Hacıyev qeyd edib ki, əməkdaşlıq münasibətləri, iqtisadiyyatı, ticarəti, biznesi və xüsusilə vacib olan qarşılıqlı əlaqəliliyi əhatə edir: "Azərbaycanın Mərkəzi Asiya ölkələri kimi, okeana çıxışı yoxdur. Buna görə də biz yeni nəqliyyat əlaqələrinin yaradılması üzərində fəal işləyirik. Düşünürəm ki, bu parametrlərdən çıxış edərək, Mərkəzi Asiya ölkələrindən olan dostlarımız və tərəfdaşlarımızla birlikdə nəqliyyat və kommunikasiya arxitekturasını tamamilə dəyişməyə çalışırıq".

O vurğulayıb ki, qarşılıqlı əlaqəlilik Azərbaycan üçün sadəcə yüklərin bir nöqtədən digərinə daşınması deyil, geosiyasi əhəmiyyət məsələsidir: "Biz Avrasiya qitəsinin mərkəzindəyik. Azərbaycan və Mərkəzi Asiya ölkələri Çindən başlayaraq Qərbə qədər və əks istiqamətdə uzanan yeni əlaqələr yaradır. Düşünürəm ki, hazırda ölkəmiz bir sıra mühüm amillərdən çıxış edərək burada əsas rol oynayır".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar