SON XƏBƏRLƏR

Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi

2026.10.02, 12:13
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi

Tehran İnqilab Məhkəməsi 15-ci bölməsi daha 3 bəhaini ağır həbs və əlavə cəzalara məhkum edib. 

Gunaz.tv

Bu barədə Beynəlxalq Bəhai İcması məlumat yayıb.

Məlumata görə, Henqame Şərifi 15, Fuad Əbülqaffari 10 və Fəhim Aqahi 10 il azadlıqdan məhrum edilib.

Bununla yanaşı bəhailər maddi cəriməyə də məhkum edilib, həbs müddəti başa çatdıqdan sonra ictimai fəaliyyətlərdə iştirak etmələri və ölkədən çıxmalarına qadağa qoyulub.

Onların "sistemə qarşı təbliğat" və "islam qanunlarına zidd təbliğat fəaliyyəti"ndə günahlandırıldıqları bildirilib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar