SON XƏBƏRLƏR

Ərəbistan böyük əməliyyata başlaya bilər

2026.10.03, 13:00
Ərəbistan böyük əməliyyata başlaya bilər

Səudiyyə Ərəbistanı Yəməndə Ənsarullah (husi) hərəkatı tərəfindən işğal edilmiş əraziləri geri almaq üçün qarşıdakı həftələrdə hücum əməliyyatlarına başlamaq niyyətindədir.

Gunaz.tv

Bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.

"Səudiyyə Ərəbistanı Yəməndəki husilərə qarşı hücum planlaşdırır. Qırmızı dənizdə təhlükəsiz gəmiçiliyi təmin etmək üçün sahil hücumu və ya birdən çox cəbhədə hücum da daxil olmaqla, müxtəlif variantlar nəzərdən keçirilir", - deyə bildirilib.

Qərb diplomatlarının və regional mənbələrin məlumatına görə, əməliyyat qarşıdakı həftələrdə başlayacaq. Əməliyyatın Səudiyyə Ərəbistanının hərbi hava qüvvələrinin dəstəyi ilə Yəmən ordusu tərəfindən aparılacağı iddia edilir.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanının digər müttəfiqləri döyüşlərdə birbaşa iştirak etməyəcəklər.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar