SON XƏBƏRLƏR

İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!

2026.10.03, 16:20
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!

Gunaz.tv

İran parlamentinin Şahinşəhr şəhərindən seçilmiş deputatı Hüseynəli Hacı-Deliqani Birləşmiş Ərəb Əmirliklərinin işğal edilməsini və İran qüvvələrinin bu ölkədə yerləşdirilməsini təklif edib.

Hacı-Deliqani deyib: “Birləşmiş Ərəb Əmirliklərini işğal etməliyik və bunu asanlıqla həyata keçirmək olar. Fitnənin kökünü aradan qaldırmağın yolu budur ki, döyüşçülərimiz vaxtilə bizə hücum etmiş və ya hazırda yenidən hücuma hazırlaşan ölkəyə gedib orada yerləşsinlər ki, həmin ərazidən bizə qarşı heç bir hücum həyata keçirilməsin.”

O, sözlərini davam etdirərək bildirib: “Ölkəmiz daim Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təhdid olunur və Hörmüz boğazı ilə bağlı məsələlərdə, qanunsuz gəmilərin keçidi ilə bağlı planlar bu ölkədə hazırlanır. Buna görə də biz oraya getməli və həmin bölgədə təhlükəsizliyi təmin etməliyik; yəni orada yerləşməliyik ki, həmin nöqtədən bizə qarşı hücum həyata keçirilməsin və maraqlarımıza zidd olan gəmilərin keçidi üçün planlar hazırlanmasın.”

İran parlamentinin deputatı əlavə edib: “Bizə hücum və təcavüz edilib, halbuki biz heç kimə təcavüz etməmişik və müharibəni başlayan tərəf olmamışıq. Xalqımızın və gəmiçiliyimizin təhlükəsizliyini təmin etmək üçün bizə atəş açılan ərazilərə getmək və həmin əraziləri nəzarət altına almaq hüququmuz yoxdurmu?”

Hacı-Deliqaninin sözlərinə görə, BƏƏ ərazisində İran üçün təhlükə yaradan fəaliyyətlərin qarşısını almaq məqsədilə İran qüvvələrinin həmin ölkədə yerləşdirilməsi təhlükəsizliyin təmin olunması kimi qiymətləndirilməlidir.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar