SON XƏBƏRLƏR

Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)

2026.10.04, 09:30
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)

Gunaz.tv

“İsrael Hayom”un məlumatına görə, Flydubai reysinin köməkçi pilotu Həmmam əl-Həmami bir neçə il Suriyada yaşayıb və həmin dövrdə İranın dəstəyi ilə yaradıldığı bildirilən bir qrupa qoşulmuş ola bilər.

Məlumata görə, anası suriyalı, atası isə omanlı olan və BƏƏ-də doğulan Oman vətəndaşı əl-Həmami Suriyada olduğu müddətdə radikal islamçı ideyalarla tanış olub. Araşdırmaçılar onun bu qrup vasitəsilə İranla mümkün əlaqəsini araşdırırlar.

“İsrael Hayom” həmçinin yazıb ki, əl-Həmami dindirmə zamanı təyyarəni İsraildə yerüstü hədəfə çırpmaq niyyətində olduğunu bildirib. Onun təkbaşına, yoxsa hər hansı qrupun dəstəyi ilə hərəkət etdiyi də araşdırılır.

İsraildən araşdırma qrupu BƏƏ-yə göndərilib. ABŞ, Oman və Suriyanın kəşfiyyat qurumlarının da araşdırmada iştirak etdiyi bildirilir.

30 sentyabr 2026-cı ildə Flydubai-nin FZ1073 saylı Dubay–Təl-Əviv reysi havada olarkən köməkçi pilot kabinədə kapitana hücum edib və onu təcili balta ilə yaralayıb. Eyni vaxtda təyyarə sürətlə hündürlük itirib və bir dəqiqədən az müddətdə 14 mindən çox fut aşağı düşüb. Kapitan kabinənin qapısını açmağa nail olub, sərnişinlər və ekipaj üzvləri isə köməkçi pilotu zərərsizləşdiriblər.

Daha sonra təyyarədə olan ehtiyat ekipaj üzvləri uçuşun idarəetməsini öz üzərinə götürüb və təyyarə Səudiyyə Ərəbistanının Təbuk şəhərinə təcili eniş edib. Təyyarədə 174 nəfər olub və sərnişinlər ilə ekipajın müdaxiləsi nəticəsində daha böyük faciənin qarşısı alınıb.

Daha sonra BƏƏ rəsmiləri hadisənin “terror hücumu” olduğunu bildiriblər və köməkçi pilotun motivləri, eləcə də onun hər hansı şəxs və ya qrupla mümkün əlaqələri ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıblar.

 

Gunaz TV
R.G

 

Bu video Flydubai təyyarəsində baş verən hadisənin süni intellektlə hazırlanmış rəqəmsal simulyasiyasıdır və real kabin görüntüsü deyil.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar