SON XƏBƏRLƏR

İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq

2026.10.04, 10:29
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq

Gunaz.tv

İran Elmi Psixiatrlar Assosiasiyasının rəhbəri son aylarda bəzi zəruri psixiatrik dərmanların çatışmazlığının davam etməsi və daha da dərinləşməsi barədə xəbərdarlıq edib.

Vahid Şəriət səhiyyə nazirinə ünvanladığı məktubda dərmanların kəsilməsi və ya xəstələrin dərmanlara nizamsız çıxışının müalicə sabitliyini poza, xəstəliyin yenidən qayıtması, simptomların ağırlaşması və təkrar xəstəxanaya yerləşdirilmə riskini artıra biləcəyini bildirib.

O vurğulayıb ki, dərman çatışmazlığını sadəcə bir brendin digər brendlə əvəzlənməsi yolu ilə həll etmək mümkün deyil və bəzi hallarda dərmanın özü və ya tələb olunan dərman forması ümumiyyətlə mövcud deyil.

Şəriət həmçinin dərmanlara çıxışdakı çətinliklərin ailələrə psixoloji və iqtisadi təzyiq yaratdığını, bunun isə ehtiyacdan artıq dərman alınmasına, evdə ehtiyat yığılmasına və qeyri-rəsmi bazarın genişlənməsinə səbəb ola biləcəyini bildirib. Onun sözlərinə görə, belə vəziyyətdə aztəminatlı xəstələr və ağır psixiatrik pozuntuları olan şəxslər daha çox risk qarşısında qalır.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar