SON XƏBƏRLƏR

İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)

2026.10.04, 13:00
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)

Gunaz.tv

Kərəcin Rəcaişəhr (Göhərdəşt) həbsxanasının sonuncu gözətçi qüllələrindən biri şənbə günü, sökülüb. Bu həbsxana 1988-ci ildə siyasi məhbusların kütləvi edam edildiyi yerlərdən biri olub.

Həbsxananın sökülməsi 2023-cü ildə bağlanmasından sonra davam edir. İran rəsmiləri layihənin şəhərin yenidən qurulması, yaşıllıq, mədəni və universitet məkanlarının yaradılması məqsədi daşıdığını bildiriblər.

İnsan haqları təşkilatları isə həbsxananın sökülməsinin 1988-ci il edamları və sonrakı onilliklərdə həyata keçirilmiş edamlarla bağlı sübutların məhv olmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

İran İnsan Haqları Təşkilatının məlumatına görə, yalnız 2015–2022-ci illər arasında Rəcaişəhr həbsxanasında qətl ittihamları ilə ən azı 530 nəfər edam edilib.

İran rəsmiləri həbsxananın əsas binasının qorunacağını bildiriblər.


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar