SON XƏBƏRLƏR

Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

2026.10.05, 09:19
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Norveçin Tehrandakı səfiri Paal Byornestad İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, buna səbəb "Starlink" peyklərinin İran ərazisində istifadəsi olub.

Qeyd edilib ki, ABŞ və İsrailin İrana qarşı "Starlink" peyk internetindən istifadə etdiyi səfirin diqqətinə çatdırılıb.

Byornestada bildirlib ki, Beynəlxalq Telekommunikasiya İttifaqında "Starlink" şəbəkəsini qeydiyyata alan ölkə kimi Norveç bu sistemin İran ərazisinə icazəsiz ötürmələrinin qarşısını almağa borcludur.

"İran Norveç hökumətindən İranın suverenliyini və milli təhlükəsizliyini pozan fəaliyyətlərə son qoymaq üçün təcili və effektiv tədbir görməsini tələb edib", - agentlikdən vurğulanıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar