SON XƏBƏRLƏR

İsfahanda daha iki etirazçı dar ağacından asıldı

2026.10.05, 12:16
İsfahanda daha iki etirazçı dar ağacından asıldı

Bu gün səhər saatlarında İsfahan şəhərinin Dəstgerd həbsxanasında Əlirza Sepahi və Əlirza Rəisi edam edilib.

Gunaz.tv

Bu bardə insan haqları təşkilatları məlumat yayıb.

Vəkil Şəhrzad Şahbazi edam hökmlərinin icra oldunduğunu təsdiq edib.

Yanvarın 10-da həbs edilən Əlirza Sepahi və Əlirza Rəisi və onlarla başqa etirazçı İsfahan şəhərində aksiyalar zamanı hökumət məmurlarının öldürülməsində günahlandırılıblar.

Hər iki məhbus barəsində irəli sürülən ittihamın əsassız olduğunu və onlardan etiraf almaq üçün işgəncə edildiklərini bildirmişdilər.

Eyni ittihama görə Sepahidən və Rəisidən əlavə İsfahanda daha beş məhkum edam edilib.

Qeyd edək ki, İranda 2026-cı ilin əvvəlində milli valyutanın devalvasiyası, ağır sosial-iqtisadi şərait və rejim əleyhinə başlanan yanvar etirazları təhlükəsizlik qüvvələrinin sərt repressiyaları və komendant saatı ilə yatırılsa da, proseslə bağlı kütləvi həbslər və edam hökmləri hələ də davam edir.

İnsan haqları təşkilatlarının məlumatlarına görə, bu müddət ərzində 30-dan çox etirazçı edam edilib, 100-dən çox etirazı barədə isə ölüm hökmü çıxarılıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar