SON XƏBƏRLƏR

Göhərdəşt həbsxanası tamamilə sökülüb

2026.10.05, 18:37
Göhərdəşt həbsxanası tamamilə sökülüb

Gunaz.tv

Kərəcdəki Rəcaişəhr həbsxanası, daha çox “Göhərdəşt həbsxanası” kimi tanınan kompleks, 2023-cü ildə bağlandıqdan sonra tamamilə sökülüb.

Bu həbsxana İran İslam Respublikasında siyasi məhbusların edam və repressiyaya məruz qaldığı əsas yerlərdən biri olub. Xüsusilə 1988-ci ildə siyasi məhbusların kütləvi edamları ilə bağlı adı hallanır. Sonrakı onilliklərdə də bir sıra siyasi məhbuslar burada saxlanılıb və bəzi edam hökmləri burada icra olunub.

Hüquq müdafiəçiləri daha əvvəl xəbərdarlıq etmişdilər ki, Göhərdəşt həbsxanasının sökülməsi 1988-ci il kütləvi edamları və sonrakı illərdə baş vermiş digər hüquq pozuntuları ilə bağlı maddi sübutların məhv olmasına səbəb ola bilər.

İran rəsmiləri həbsxananın sökülməsini həbsxanaların şəhər ərazisindən çıxarılması və ərazinin yenidən qurulması planı ilə əlaqələndirirlər. Təxminən 60 hektar ərazini əhatə edən kompleksin yerində kommersiya, yaşayış, təhsil və inzibati obyektlərin yaradılması planlaşdırılır.


Gunaz TV
R.G

 

İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)

2026.10.04, 13:00

İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar