SON XƏBƏRLƏR

Siemens Energy Transxəzər yaşıl enerji dəhlizi layihəsinə qoşulur

2026.10.05, 22:42
Siemens Energy Transxəzər yaşıl enerji dəhlizi layihəsinə qoşulur

Gunaz.tv

Almaniyanın Siemens Energy şirkəti “Green Corridor Alliance” birgə müəssisəsi ilə Transxəzər yaşıl enerji dəhlizi layihəsi çərçivəsində əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalayıb.

Sənəd Mərkəzi Asiya ölkələri – Qazaxıstan və Özbəkistan – eləcə də Azərbaycanın bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Avropaya ötürülməsi üçün elektrik ötürmə sistemlərinin inkişafı sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutur.

Qazaxıstan, Özbəkistan və Azərbaycan son illərdə günəş və külək enerjisi layihələrinin inkişafı üçün milyardlarla dollarlıq investisiya və əməkdaşlıq sazişləri imzalayıblar. Üç ölkə həmçinin Xəzər dənizi və daha sonra Qara dəniz üzərindən Avropaya yaşıl enerjinin ötürülməsini nəzərdə tutan enerji dəhlizinin yaradılması istiqamətində əməkdaşlıq edir.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatlarına əsasən, Qazaxıstanda külək və günəş enerjisi üzrə ümumi güc son beş ildə təxminən üç dəfə artaraq 3,5 giqavata yaxınlaşıb.

Özbəkistanda isə bərpa olunan enerji gücü son beş ildə demək olar ki, sıfır səviyyəsindən 4,5 giqavatdan yuxarı qalxıb və 2026-cı ilin ilk yarısında 5,5 giqavatı keçib.

Azərbaycan 2030-cu ilədək bərpa olunan və digər təmiz enerji mənbələri hesabına elektrik enerjisi istehsal gücünü 10 min meqavata çatdırmağı hədəfləyir.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar