SON XƏBƏRLƏR

Güneyli Vəkil Zəhra Nəqşinənin müvəqqəti azadlığa buraxıldığı bildirilib

2026.10.07, 21:36
Güneyli Vəkil Zəhra Nəqşinənin müvəqqəti azadlığa buraxıldığı bildirilib

Gunaz.tv

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Zəhra Nəqşinənin təxminən bir aylıq həbsdən sonra oktyabrın 7-də Təbriz həbsxanasından girov qarşılığında müvəqqəti azadlığa buraxıldığı bildirilib.

Nəqşinə sentyabrın 9-da Təbriz Prokurorluğunun 15-ci İstintaq Şöbəsinə çağırıldıqdan sonra saxlanılıb. Ona göndərilən məhkəmə bildirişində ittihamın “cinayət xarakteri daşımadığı” qeyd olunub.

Hüquq-müdafiə mənbələrinin məlumatına görə, onun işi Təbriz Kəşfiyyat İdarəsinin hesabatı əsasında, hüquqi və tənqidi fəaliyyəti, yazıları və mövqeləri ilə əlaqədar açılıb.

Zəhra Nəqşinənin Şərqi Azərbaycan Vəkillər Kollegiyasının qadınlar komissiyasında və qadınlara qarşı zorakılığın qarşısının alınması üzrə katiblikdə də fəaliyyət göstərdiyi bildirilir.

Onun girov qarşılığında azad edilməsi işin bağlandığı anlamına gəlmir və məhkəmə prosesi davam edir.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar