SON XƏBƏRLƏR

İranda polis bölməsinə hücum edilib

2026.10.08, 11:29
İranda polis bölməsinə hücum edilib

İranın Sistan və Bəlucistan əyalətinin Gülşən rayonunda polis idarəsi silahlı hücuma məruz qalıb.

Gunaz.tv

Bu barədə Bəlucistan İnsan Hüquqlarını Sənədləşdrmə Şəbəkəsi məlumat yayıb.

Hücum nəticəsində bir neçə polis avtomobilinin hədəf alındığı, avtomat silahlardan atəş açıldığı bildirilib.

Ötən gecə baş verən hücumun məsuliyyətini "Xalq Mübarizləri Cəbhəsi" öz üzərinə götürüb.

Təşkilat polis bölməsinin rəisinin avtomobilinin qumbaraatanla vurulduğunu və hücum zamanı daha altı polisin də hədəf alındığını bildirib.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar