SON XƏBƏRLƏR

Qaradağ meşələrinin kəşfiyyat və qazıntı adı altında məhv edilməsi ilə bağlı narahatlıq

2026.10.08, 17:39
Qaradağ meşələrinin kəşfiyyat və qazıntı adı altında məhv edilməsi ilə bağlı narahatlıq

Gunaz.tv

Qaradağ ərazisində və Kələm kəndi yaxınlığında aparılan kəşfiyyat və yolçəkmə işləri bölgənin meşə və təbiətinə mümkün zərər vurulması ilə bağlı narahatlıqları artırıb.

Yerli məlumatlara görə, ərazidə kəşfiyyat işləri aparılır və müvafiq lövhələr quraşdırılıb. İşlərin icraçıları isə lazımi icazələri aldıqlarını bildirirlər.

Lakin Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsi açıqlayıb ki, bu ərazidə qazıntı və kəşfiyyat işləri üçün indiyədək heç bir ekoloji icazə verilməyib.

İdarənin rəhbəri Məhəmmədhüseyn Həsənzadə bildirib ki, hüquqi məsələlər tam həll edilmədən və ekoloji tələblər yerinə yetirilmədən fəaliyyətin davam etdirilməsi qurum tərəfindən təsdiqlənmir.

Sözügedən ərazinin bir hissəsinin qorunan təbiət sahələrinə daxil olduğu və layihə ilə bağlı müraciətin hələ də araşdırıldığı bildirilir.

Qaradağ Azərbaycanın zəngin təbiət ərazilərindən biridir. Kəşfiyyat və mədən fəaliyyəti meşələrin və canlıların yaşayış mühitinin qorunması tələblərini arxa plana keçirməməlidir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar