SON XƏBƏRLƏR

Traxtur zirvədə qaldı

2026.10.08, 18:32
Traxtur zirvədə qaldı

Gunaz.tv

Traxtur Azərbaycan Təbrizin Səhənd (Qurdlar dərəsi) stadionunda 50 mindən çox azarkeşin qarşısında Tehran İstiqlalı ilə 1:1 hesablı heç-heçə edərək Premyer Liqanın liderliyini qoruyub.

İstiqlal 27-ci dəqiqədə Səid Səxərxizanın qolu ilə önə keçib. Traxtur Azərbaycan isə ikinci hissədə təzyiqi artırıb və 74-cü dəqiqədə Seyid Mehdi Hüseyninin qolu ilə hesabı bərabərləşdirib.

Traxtur Azərbaycan daha sonra bir qol da vurub, lakin VAR-a baxışdan sonra topun Milad Zəkipurun əlinə dəydiyi əsas gətirilərək qol ləğv edilib.

Beləliklə, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Traxtur Azərbaycan 17 xalla turnir cədvəlinin zirvəsində qalıb, İstiqlal isə 16 xalla ikinci pillədədir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar