SON XƏBƏRLƏR

Səməd Heydəri ağır girov və elektron qolbaqla müvəqqəti azadlığa buraxılıb

2026.10.08, 22:32
Səməd Heydəri ağır girov və elektron qolbaqla müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

Güney Azərbaycanın milli-mədəni fəalı Səməd Heydəri 6 milyard tümən girov qarşılığında və elektron qolbaq nəzarəti altında Təbriz həbsxanasından azadlığa buraxılıb.

Məlumatlara görə, Heydəri 4 oktyabr 2026-cı il tarixində həbsxanadan azad edilib. O, cəzasının qalan hissəsini həbsxanadan kənarda, elektron qolbaq və hərəkət məhdudiyyəti altında keçirəcək.

Onun həbs cəzasının 4 il 3 ayının qaldığı bildirilir.

Səməd Heydəri daha əvvəl Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən hakim Rza Abdinin sədrliyi ilə “ölkənin daxili/xarici təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşma və əlbirlik” ittihamı üzrə 3 il 7 ay, “sistemə qarşı təbliğat” ittihamı üzrə isə 8 ay həbs cəzasına məhkum edilib.

O, 1403-cü ilin bəhmən ayında (2025-ci ilin fevralı) Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və bir müddət sonra girov qarşılığında azad edilib. Heydəri daha sonra 8 avqust 2026-cı il tarixində hökmün icrası üçün Təbriz həbsxanasına köçürülüb.

Səməd Heydəri və Əmin Təqi-zadə daha əvvəl də həbs cəzalarının icrası üçün Təbriz həbsxanasına göndərilmişdilər. Çıxarılan hökmə əsasən, hər iki fəal qeyd olunan ittihamlar üzrə ümumilikdə 4 il 3 ay həbs cəzasına məhkum edilib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar