SON XƏBƏRLƏR

İran məhkəməsi qadın vəkili 20 il həbsə məhkum edib

2026.10.08, 23:51
İran məhkəməsi qadın vəkili 20 il həbsə məhkum edib

İran məhkəməsi həbsdə olan vəkil Baharə Ağayini 20 il müddətinə azadlıqdan məhrum edib.

Gunaz.tv

Baharə Ağayi, Vəraminin Qərçək həbsxanasında saxlanılan vəkil, “sistemə qarşı təbliğat”, etirazlarda iştirak və son etirazlarda öldürülən şəxslərin ailələrinə dəstək göstərmək kimi ittihamlarla 20 il həbs cəzasına məhkum edilib.

Baharə Ağayi 2026-cı ilin yanvarında keçirilən etirazlar zamanı sosial şəbəkələrdə paylaşdığı yazılarla aksiyalara dəstək verib. O, həmçinin etirazlar zamanı öldürülən Səpəhr Şökriyə həsr olunmuş 40-cı gün mərasimində iştirak edib.

Ağayi 4 aprel 2026-cı il axşamı təxminən 10 təhlükəsizlik əməkdaşının evinə basqın etməsindən sonra saxlanılıb. Məlumata görə, əməkdaşlar evdə axtarış aparıb, onun və ailə üzvlərinin mobil telefonları və digər elektron cihazlarını götürüblər.

Baharə Ağayi daha sonra Qərçək həbsxanasına köçürülüb və saxlanıldığı müddətdə ən azı 15 gününü təcridxanada keçirib. Onun işi üzrə hakimlə bağlı da “düşməncəsinə münasibət” göstərildiyi barədə məlumat yayılıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar