SON XƏBƏRLƏR

İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb

2026.10.10, 11:36
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb

Xarici turistlərin İrana səfərlərinin azalmasından sonra ölkəyə səfər edən qonaqların əksəriyyətini iraqlılar təşkil verir.

Gunaz.tv

Bu haqda İran Mədəni İrs Nazirliyinin hesabatında bildirilib.

Qeyd olunub ki, İrana səfər edən xaricilərin 70 faizi iraqlılardan ibarətdir və növbəti yerlərdə Əfqanistan və Türkiyə vətəndaşları dayanır.

Yerli mənbələrin bildrdiyinə görə, iraqlı turistlər əsasən ölkənin Məşhəd və Qum şəhərlərinə səfər edirlər.

Bu, həm adı çəkilən şəhərlərdə müqəddəs məkanların ziyarəti, həm də burada qonaqlara siğə vasitəsi və ya qeyri-leqal formalarda cinsi xidmətlərin əlçatanlığı ilə bağlıdır.

Turizm şirkətləri və bu sahənin mütəxəssisləri isə İran hökumətinin rusiyalı və çinli turistlərə əlavə imtiyazlar tanımasına, viza rejimini bir tərəfli qaydada ləğv etməsinə bxxmayaraq, adı çəkilən ölkələrin vətəndaşlarının İrana səfərdə maraqlı olmadıqlarını bildirirlər:

"Ötən il İrana ümumilikdə 41 min rusiyalı, 60 min çinli səfər edib. Həmin il 160 milyon çinlinin xarici ölkələrə səfər etməsini nəzərə alsaq, İrana səfər edən çinlilərin sayının az olmasıonların ölkəyə gəlməkdə maraqlı olmadığını göstərir".

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar