SON XƏBƏRLƏR

Milli fəal müvəqqəti azadlığa buraxıldı

2026.10.10, 16:56
Milli fəal müvəqqəti azadlığa buraxıldı

Ərdəbil həbsxanasında saxlanılan milli fəal Siyamək Mirzayi müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

O, bu gün oktyabrın 10-da 10 milyard tümən girov qarşılığında azad edilib.

Qeyd edək ki, iyunun 28-də Siyamək Mirzayi Xiyavda (Meşgin), Əsgər Əkbərzadə və Əli Vaseqi isə Ərdəbildə həbs edilib.
Hər üç fəal bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə saxlanılıblar.

Fəallaara qarşı "qanunsuz qruplara üzvlük" və "sistemə qarşı təbliğat" ittihamları irəli sürülüb.

Əsgər Əkbərzadə sentyabrın 2-də, Əli Vasiqi isə oktyabrın 7-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar