SON XƏBƏRLƏR

Urmu gölündə turist axını davam edir

2026.10.10, 16:37
Urmu gölündə turist axını davam edir

Gunaz.tv

Güney Azərbaycanın ərazisində yerləşən Urmu (Urmiyə) gölünün sahilləri ekoloji böhrana və son illərdə baş verən ciddi dəyişikliklərə baxmayaraq, turistləri və təbiət həvəskarlarını qəbul etməyə davam edir.

Çəkilmiş görüntülərdə ziyarətçilərin Urmiyə gölünün duzlu sahillərində olduğu görünür. Son illərdə göldə suyun səviyyəsinin azalması və bunun yaratdığı ekoloji fəsadlar bölgənin gələcəyi ilə bağlı ciddi narahatlıqlara səbəb olub.

Dünyanın ən böyük duzlu göllərindən biri hesab edilən Urmiyə gölü təbii mənzərələri ilə turistlərin diqqətini cəlb etməkdə davam edir.

Ziyarətçilərin bölgəyə səfərlərini davam etdirməsi ərazinin turizm potensialını və gölün bərpasının vacibliyini ön plana çıxarır. Gölün bərpası yalnız ətraf mühitin qorunması baxımından deyil, həm də yerli icmaların gələcəyi və bölgənin iqtisadi inkişafı üçün əhəmiyyət daşıyır.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar