SON XƏBƏRLƏR

CENTCOM: Oman körfəzində ticarət gəmisini hərəkətsiz vəziyyətə saldıq

2026.10.11, 11:20
CENTCOM: Oman körfəzində ticarət gəmisini hərəkətsiz vəziyyətə saldıq

Gunaz.tv

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ qüvvələri Oman körfəzində Panama bayrağı altında üzən “MV Ocean Mollika” adlı ticarət gəmisini hədəfə alaraq onun hərəkət sistemini sıradan çıxarıb.

CENTCOM-un məlumatına görə, gəmi İran limanlarından birindən çıxdıqdan sonra dəniz blokadasını yarmağa cəhd edib və ekipaj ABŞ qüvvələrinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayıb. Komandanlıq hücum nəticəsində gəminin ekipaj üzvlərinin xəsarət almadığını bildirib.

CENTCOM həmçinin qeyd edib ki, iyulun 14-dən İran limanlarına daxil olan və oradan çıxan gəmilərə qarşı dəniz blokadasını bərpa edib. Komandanlığın iddiasına görə, bu məhdudiyyətlərin icrası zamanı dörd ticarət gəmisi hərəkətsiz vəziyyətə salınıb, 135 gəmi geri qaytarılıb və İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqələndirilən şəbəkəyə aid 10 neft tankeri məhv edilib.

CENTCOM dənizçiləri blokada ilə bağlı xəbərdarlıqlara əməl etməyə, Oman körfəzində və Hörmüz boğazının girişlərində ABŞ Hərbi Dəniz Qüvvələri ilə əlaqə saxlamağa çağırıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar