SON XƏBƏRLƏR

Sibiqa Rusiyanı Ukrayna və Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücumlarda ittiham edib

2026.10.13, 11:50
Sibiqa Rusiyanı Ukrayna və Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücumlarda ittiham edib

Ukrayna Qara dənizdə Bolqarıstan sahilləri yaxınlığında, birinin göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu iki gəmiyə PUA hücumundan sonra beynəlxalq tərəfdaşlarını Rusiyaya qarşı təzyiqləri gücləndirməyə çağırıb.

Gunaz.tv

Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, kommersiya gəmilərinə hücumu Rusiya Silahlı Qüvvələri həyata keçirib, heyət üzvləri arasında Ukrayna vətəndaşları da olub:

"Rusiyanın Bolqarıstanın ərazi suları yaxınlığında kommersiya gəmilərinə etdiyi və Ukrayna ilə Azərbaycan vətəndaşlarının xəsarət alması ilə nəticələnən sonuncu hücumu Moskvanın mülki insanların həyatına və Qara dənizdə təhlükəsizliyə qəsdən etinasız yanaşdığını bir daha nümayiş etdirir".

Ukraynanın xarici işlər naziri sanksiyaları sərtləşdirməyə, Moskvanı məsuliyyətə cəlb etmək və gəmiçilik azadlığını qorumaq üçün qətiyyətli tədbirlər görməyə çağırıb.

O əlavə edib ki, Qara dəniz qlobal ərzaq təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyan kanaldır.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar