SON XƏBƏRLƏR

Urmiya gölündə ekoloji tarazlıq bərpa olmayıb- Rəstqari

2026.10.13, 12:00
Urmiya gölündə ekoloji tarazlıq bərpa olmayıb- Rəstqari

Hazırda Urmiya gölündə suyun həcmi 2 milyard 520 milyon kubmetrdir.

Gunaz.tv

Bunu Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Məcid Rəstqari deyib.

Onun sözlərinə görə, suyun səviyyəsi 1270,63 metrə, su sahəsi isə 1946 kvadrat kilometrə bərabərdir.

"Bu ötən ilin eyni dövrü ilə müqayisədə çox olsa da, Urmiya gölünün bərpası demək deyil və gölün ekoloji tarazlıq səviyyəsinə çatmasına çox qalır",- Rəstqari əlavə edib.

Qeyd edək ki, Urmiya gölünün maksimum ekoloji (tarixi ideal) su tutumu təxminən 30–32 milyard kubmetr, sahəsi isə təxminən 5000–6000 kvadratkilometr olub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar