SON XƏBƏRLƏR

Pezeşkianın Təbrizə səfəri ləğv edildi

2026.10.13, 21:35
Pezeşkianın Təbrizə səfəri ləğv edildi

Gunaz.tv

İran prezidenti Məsud Pezeşkianın dövlətin 22-ci əyalət səfəri çərçivəsində Şərqi Azərbaycana, o cümlədən Təbrizə planlaşdırılan səfəri ləğv edilib.

İRNA-nın məlumatına görə, Pezeşkianın əvəzinə prezidentin icra işləri üzrə müavini Məhəmməd Cəfər Qaimpənah bölgəyə səfər edəcək. Səfər proqramı əvvəlcədən nəzərdə tutulduğu kimi həyata keçiriləcək, qərar və qətnamələrin təsdiqi və elan olunması prosesində isə Pezeşkian videobağlantı vasitəsilə iştirak edəcək.

Səfərin ləğvinin dəqiq səbəbi rəsmi şəkildə açıqlanmayıb. İran prezidentinin icra aparatının nəzarət və əyalət işləri üzrə müavini Məcid Fərəhani qərarın ölkənin yüksək rütbəli hərbi və təhlükəsizlik rəsmilərinin, eləcə də Ali Milli Təhlükəsizlik Şurasının mülahizələri nəzərə alınaraq verildiyini bildirib. Lakin bu mülahizələrin təfərrüatları açıqlanmayıb.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar