SON XƏBƏRLƏR

Mazandaranlı deputat: Bu dənizin adı Xəzərdir, Kaspiyan deyil!

2026.10.15, 20:32
Mazandaranlı deputat: Bu dənizin adı Xəzərdir, Kaspiyan deyil!

Gunaz.tv

İran parlamentinin Mazandaran vilayətindən olan deputatı Qulamrza Şəriəti dövlət televiziyasının hava proqnozlarında “Xəzər dənizi” əvəzinə “Kaspiyan dənizi” ifadəsinin işlədilməsinə etiraz edib və məsələnin araşdırılmasını tələb edib.

Şəriəti deyib: “Biz Mazandaranda yaşayırıq və Xəzər dənizini tanıyırıq. Xəzər dənizi ifadəsi hamımızın dilində işlənir və bu məsələdə Kaspiyan dənizi ifadəsi yanlışdır”.

Deputat bildirib ki, məsələ İran dövlət televiziyasının hüquq məsələləri üzrə müavini vasitəsilə araşdırılacaq. O, belə halların dövlət mediasında baş verməməli olduğunu vurğulayaraq, bunun gələcəkdə başqaları tərəfindən sui-istifadə edilə biləcəyini qeyd edib.

Son günlər İran televiziyasının hava proqnozu xəritəsində “Xəzər dənizi” əvəzinə “Kaspiyan dənizi” adının göstərilməsi müzakirələrə səbəb olub.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar