SON XƏBƏRLƏR

Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edəcək

2021.10.20, 07:36
Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edəcək

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp bu gün Yerusəlimin (Qüds-red.) İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edəcək.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin yüksək vəzifəli nümayəndəsi bəyan edib.

 

“Prezident dekabrın 6-da ABŞ-ın Yerusəlimin İsrailin paytaxtı kimi tanıdığını bəyan edəcək”, - deyə administrasiya nümayəndəsi təşkil olunmuş xüsusi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, Tramp həmçinin ABŞ-ın İsraildəki səfirliyinin Tel Əvivdən Yerusəlimə köçürüləcəyini bəyan edəcək.

 

D.Trampın müvafiq bəyanatı bu gün Bakı vaxtı ilə saat 22.00-da səsləndirəcəyi bildirir.

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar