SON XƏBƏRLƏR

Adil əl Cübeyrs: “İran bölgədə ən böyük təhlükə mənbəyidir”

2021.10.20, 07:36
 Adil əl Cübeyrs: “İran bölgədə ən böyük təhlükə mənbəyidir”

Gunaz.tv

GünAzTV: Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr yanvarın 16-da bu ölkəyə səfər edən belçikalı həmkarı Didier Reynderslə görüşündə, İranın regionda apardığı təxribat xarakterli fəaliyyətindən, onun yaraqlı husilərə yardımndan və Qərbin Tehranla imzaladığı nüvə sazişindən danışıb.

 

İki tərəfli danışıqlardan sonra Belçikanın xarici işlər naziri ilə birgə jurnalistlərin qarşısına çıxan Adil əl Cübeyr deyib ki, İran, radikal husi şiələrini Səudiyyə Ərəbistacnına qarşı silahlandırır: “İran, Livanda, Yəməndə və Suriyada oynadığı təxribatçı roluna görə, bölgədə ən böyük təhlükə mənbəyi sayılır. Yəməndə baş verən son olaylara gəldikdə isə, rəsmi Tehran, Səudiyyə Krallığını hədəfə almaq üçün husi şiələrini ballistik raketlərlə silahlandırıb. Bunun isə qarşısı alınmalıdır.

 

5+1 qrupunun (Amerika, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) İranla imzaladığı nüvə sazişi məsələsinə gəlincə, hesab edirik ki, bu sazişdə düzəlişlər edilməlidir. Düşünürəm ki, rəsmi Tehranın uranı zənginləşdirməsinin qarşısını almaq üçün razılaşma sənədində müəyyən düzəlişlərin edilməsi mühüm və vacib məsələlərdən biridir”.

 

 

A.M

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar