SON XƏBƏRLƏR

Türkcə “Xoş gəlmisiniz” yazısı Güney Azərbaycanın Yaskəndi şəhərinin girişində

2021.10.20, 07:36
Türkcə “Xoş gəlmisiniz” yazısı Güney Azərbaycanın Yaskəndi şəhərinin girişində

Gunaz.tv

GünAz TV: Son illərdə baş verən ictimai-siyasi proseslərin nəticəsində Güney Azərbaycanın bütün şəhər və kəndlərində türk dilinə rəğbət getdikcə artır.


İnzibati ərazi bölgüsünə görə Kürdistan Əyalətində yerləşən Azərbaycan mənqələrindən tutmuş Həmədan, Qəzvin və s. kimi bölgələrdə də əhali ana dilinin müdafiəsinə qalxıb.


Əldə etdiyimiz məlumata görə, Bicar məntəqəsində yerləşən Yaskəndi şəhərinin girişində “Xoş gəlmisiniz” sözü türk dilində yazılıb. Bələdiyyə İdarəsi və Şəhər Şurasının təqdirəlayiq təşəbbüsü yerli əhali tərəfindən böyük sevinclə qarşılanıb.


Şəhərin girişində görülən banner üzərində tam olaraq belə yazılıb: “Bizim diyara gəlin var səfası Yaskəndin – Səfay-i qəlbdir ab-havası Yaskəndin, Gözəl Yaskəndimizə xoş gəlmisiniz”.


Bicar məntəqəsi, o cümlədən Yaskəndi İran dövləti tərəfindən Kürdistan Əyalətinin inzibati ərazisinə daxil edilib. Bu məntəqənin əhalisi Azərbaycan türkləridir və doğma dillərinə bağlı olduqlarını hər bir fürsətdə nümayiş etdirirlər.


Yaskəndinin əhalisi əsasən əl işləri sənayesi və kənd təsərrüfatı ilə məşğul olur. Bu məntəqə üzüm bağları ilə məşhurdur.

 


N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar