Tramp Hörmüz boğazının adının “Tramp boğazı” olaraq dəyişdirilməsini təklif etdi
İranlı hakerlərdən ABŞ-yə kütləvi kiberhücum
Səudiyyə Ərəbistanı İranı SIDR tankerinə hücumda ittiham edib
Ərdəbildə məhkəmə hakimi həbs edilib
Reuters: ABŞ ara seçkilərindən sonra İrana qarşı hücumları gücləndirə bilər
FT: Rusiya İrana supersonik qanadlı raket texnologiyasının hazırlanmasında gizli yardım göstərib
İranda məktəb ləvazimatı yenidən bahalaşdı
İranda daha bir siyasi məhbus edam məhkum edildi
Ərdəbildə zəlzələ olub
BMT Təhlükəsizlik Şurasının prezidenti: İranlılar hakimiyyətin qərarlarının qurbanıdır
İranda məhbuslar yenidən aclq aksiyası keçiriblər
Zelenskidən dünyaya çağırış: Rusiya səması təhlükəlidir!
Azərbaycanda "Çevik" ləqəbi ilə tanınan sosial media yaradıcısı radikal dindarlar tərəfindən döyülüb
İsrail HƏMAS-ın daxili təhlükəsizlik rəhbərinin Qəzzə şəhərində saxlanıldığını açıqlayıb
Qəzvində Azərbaycan komandalarının oyunu 0:0 hesabı ilə başa çatıb
İlham Əliyev: Ermənistanın təqdim etdiyi xəritələr dəqiq deyil
Pezeşkianın təyyarəsi təcili eniş etdi
İranın zərbələri nəticəsində ABŞ itki verməyib
ABŞ-ın zərbəsi nəticəsində İnqilab Keşikçilərinin aerokosmik qüvvələrinin 4 əməkdaşı öldürülüb
İsrail Livanın cənubunda dron hücumundan sonra İranın dəstəklədiyi Hizbullaha zərbələr endirib
Hakabi: İranın dəstəklədiyi Hizbullah İsrail-Livan danışıqlarına mane olur
Bloomberg: İran BAEA müfəttişlərini nüvə obyektlərinə buraxmır
Putin: İlham Əliyev müasir və ziyalı insandır
CENTCOM: İrana zərbələr uğurla başa çatıb
"JNS": ABŞ–İran danışıqları məsələsində Dohaya etibar etməyin
Milli fəal məhkəməyə çağırıldı
Azərbaycanlı siyasi məhbus xəstəxanaya köçürüldü
İranda hökumət mitinqinə hücum - Ölənlər var
Daha bir ölkə İranla diplomatik əlaqələri kəsdi
Əsəluyə də bombalanıb
ABŞ qüvvələri İranın cənub-şərqindəki Jiroft hava limanına hücum edib – dövlət televiziyası
Tramp: İranla razılaşmanın “yazıldığı kağız qədər belə dəyəri yoxdur” – Fox News
Trump ABŞ-ın Hörmüz boğazı yaxınlığında “geniş və güclü” zərbələr endirdiyini bildirib
İranda Lavan adasında partlayış səsi eşidilib
Brent markalı neft 3,7 faizdən çox bahalaşaraq 94 dollara yaxınlaşıb
İsrail Yunanıstana çoxqatlı hava müdafiəsi qurur
ABŞ Bəndər Abbasa və Hörmüz boğazı ətrafına zərbələr endirib - KİV
ABŞ: Hörmüzdəki hücum cəhdlərindən sonra İranda SEPAH mövqelərinə zərbələr endirilib
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq edib
İranın cənub və cənub-şərqində partlayış səsləri eşidilib — yerli media
Bir neft tankeri Hörmüzdə hədəfə alındı; neftin qiyməti yüksəldi
Ejei etirazçıları təhdid etdi - Daha sərt cəzalanacaqlar
Azərbaycan-Qırğızıstan münasibətləri ən yüksək səviyyəyə yüksəlib
ERMƏNİ MİLLƏTÇİLƏRİNİN AZƏRBAYCAN SSR-İN SUVERENLİYİNƏ MÜDAXİLƏSİ HAQQINDA
Qaradağ rayon Xalq Deputatları Sovetinin sessiyası elan edir ki, son iki ildə Ermənistan SSR-də, Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanın dövlət və ərazi suverenliyinə qəsdlər, erməni ekstremistlərinin azərbaycanlılara qarşı etdikləri çoxsaylı terror aktları, insan qırğınları və sair antihumanist cinayətlər respublika xalqını həddindən artıq həyəcanlandırır, millətlərarası gərginliyi artırır.
Qaradağ rayonunun çoxmillətli əhalisi – azərbaycanlılar, ruslar, ləzgilər, tatarlar və digər xalqların nümayəndələri Ermənistan SSR-də dövlət və partiya siyasəti həddinə qaldırılmış millətçilik və ekstremizmi, nəinki Azərbaycan respublikası üçün, habelə bütün Sovet Sosialist Respublikaları İttifaqı üçün böyük və dəhşətli bir təhlükə, yenidənqurmaya zərbə hesab edir.
Azərbaycan Sovet Sosialist Respublikasının torpağı olan Dağlıq Qarabağ Muxtar Vilayətini ələ keçirmək məqsəd ilə Ermənistan SSR-in pariya və dövlət aparatı erməni ekstremistlərinin başçılığı altında Azərbaycan SSR-yə və bütün Azərbaycan xalqına qarşı elan edilməmiş müharibəyə başlamış, onların bu açıq eksponianist siyasəti böyük insan tələfatlarına, milli qarşıdurmaya səbəb olmuşdur.
Ermənistan SSR-dən 200 mindən çox azərbaycanlı öz doğma yurdlarından vəhşicəsinə qovulmiş, həmin adamların çox böyük bir hissəsi indiyə qədər evsiz və işsiz qalaraq, ağır bir vəziyyətə düşmüşlər.
DQMV-də Xüsusi İdarə Komitəsi yaradıb, vilayətdə SSRİ Ali Soveti Rəyasət Heyətinin hakimiyyətini bərqərar etdikdən sonra, Xüsusi İdarə Komitəsinin, onun sədri A.Volskinin birbaşa razılığı əsasında vilayətin erməni əhalisinin kütləvi silahlanmansı kampaniyası aparılmış, oraya Ermənistan SSR-dən göndərilmiş silahlı terrorçu dəstələr yerləşdirilmişdir. Silahlı erməni dəstələri vilayətdə və Azərbaycanın Ermənistanla sərhəd rayonlarında azərbaycanlılara qarşı kütləvi cinayətlər törədir, silahlı basqınlar edib, onları öz torpaqlarını qoyub getməyə məcbur edirlər.
Müasir sovet və xarici hücum silahları – zenit topları, raketlər, avtomat və pulemyotlar, qumbara, mina və bombalarla silahlanmış erməni ekstremistlərinin niyyəti heç də mövcud omayan “azərbaycanlı hücumundan” müdafiə olunmaq deyil, suveren Azərbaycan torpaqlarını zəbt etmək, Azərbaycan xalqının varlığına qəsd etməkdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin və onun tabeliyində olan xüsusi idarə komitəsinin birbaşa vasitəçiliyi ilə erməni ekstremist qüvvələri Azərbaycan respublikasının suverenliyinə, ərazi bütövlüyünə və Azərbaycan xalqının varlığına sui-qəsdləri gündən-günə gücləndirirlər.
Ermənistan SSR Ali Soveti, SSRİ Konstitusiyasına və Azərbaycan SSR-i Konstitusiyasına zidd, Azərbaycanın suverenliyini pozan qərarlar çıxarıb, SSRİ dövlətinin heç bir maneəsinə rast gəlmədən öz cinayətkar siyaətlərini ardıcıl surətdə həyata keçiir. Bütün bunlardan ruhlanan DQMV-nin erməni partiya, sovet və təsərrüfat orqanlarının rəhbərləri terrorçularla birləşərək vilayətlərin erməni əhalisini qorxu altında saxlayıb, onları da cinayətlərə sövq etmiş, bu cinayətləri gündən-günə genişləndirirlər.
SSRİ Ali Sovetinin Rəyasət Heyəti, SSRİ Ali Sovetinin sədri M.S.Qorbaçov SSRİ Konstitusiyasısının 81-ci maddəsində SSRİ dövlətinin öz üzərinə götürdüyü Azərbaycan respublikasının suveren hüquqlarının müdafiəsi öhdəliklərini yerinə yetirməmiş, əksinə bu suverenliyin hər cür pozulmasına imkan vermişlər.
Bütün bunlar Azərbaycan respublikasında vəziyyətin kəskinləşməsinə gətirib çıxarmış, respublikanın iqtisadiyyatına ciddi ziyan vurmuşdur.
Respublikanın ali hakimiyyət orqanları SSRİ-nin ali partiya və dövlət orqanlarının respublikanın suverenliyinin qorunması haqda qəbul etdikləri bir sıra məlum qərarlarını həyata keçirəcəyinə şübhə etməyərək Ermənistan SSR-in təcavüzlərinə qarşı kifayət qədər tədbir görməmiş və bununla erməni ekstremist qüvvələri öz təcavüzkar siyasətlərini daha da gücləndirmişlər.
Qaradağ rayon Xalq Deputatları Soveti qeyd edir ki, respublikada yaranmış bu fövqəladə vəziyyət Qaradağ rayonunun əmək kollektivlərində ciddi narazılıq və etiraz doğurmuşdur.
Yerlərdə əmək intizamı aşağı düşmüş, iqtisadiyyatın inkişafı dayanmış, rayonda sosial-siyasi gərginlik xeyli artmışdır.
Rayon zəhmətkeşləri Azərbaycan SSR-in suverenliyinə qarşı təcavüzlərin qarşısının alınmasını respublikanın və ölkənin ali partiya və dövlət orqanlarından qətiyyətlə tələb edirlər.
1. Ermənistan SSR Ali Sovetinin “Dağlıq Qarabağ Muxtar Vilayətinin 1990-cı ilə dair iqtisadi və sosial planı haqqına” qəbul edilmiş SSRİ Konstitusiyasına zidd olan, Azərbaycan SSR-in suverenliyini pozan qərar rayonun bütün deputat korpusu tərəfindən qətiyyətlə pislənilsin və rədd edilsin.
Bu avantürist qərar Qaradağ rayon zəhmətkeşlərinin hiddətinə səbəb olmuş, onsuz da gərgin olan millətlərarası münasibətləri kəskinləşdirmişdir.
Qaradağ Rayon Xalq Deputatları Sovetinin sessiyası SSRİ Ali Soveti Rəyasət Heyətindən tələb edir ki, yaxın günlərdə Ermənistan parlamentinin son iki ildəki Azərbaycan respublikasına və Azərbaycan xalqına qarşı düşmənçilik xarakteri daşıyan qərarları müzakirə edilib, onlara siyasi qiymət verilsin.
Bu Konstitusiyaya zidd qərarların işlənib hazırlanmasında, onların qəbuluna şərait yaratmış Ermənistan SSR-in dövlət və partiya rəhbər işçiləri Sovet qanunlarına əsasən məsuliyyətə cəlb edilsin.
2. Qaradağ Rayon Xalq Deputatları Soveti qətiyyətlə bildirir ki, son iki ildə Ermənistan SSR-də, Azərbaycanın Ermənistanla sərhəd rayonlarında, Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycan xalqına, respublikanın suverenliyinə qarşı törədilmiş cinayətlərə, terror aktlarına, əhalinin kütləvi surətdə qovulması və qırılmasına, gələcəkdə baş verə biləcək bütün cinayətlərə və insan qırğınlarına tam məsuliyyət Ermənistan SSR və Azərbaycan SSR DQMV-nin erməniləri təmsil edən partiya və dövlət orqanlarının, onlara rəhbərlik edən ekstremistlərin və ekstremistləri müdafiə edən əhali kütləsinin, M.S.Qorbaçov başda olmaqla SSRİ Ali Soveti Rəyasət Heyətinin və Sov. İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzərinə düşür.
Azərbaycan SSR Ali Sovetindən tələb olunsun ki, bunlar haqqında bütün xarici dövlətlərə, ittifaqın müttəfiq respublikalarına rəsmi bəyanatla müraciət etsin.
3. Azərbaycan SSR Ali Sovetindən tələb olunsun:
1) Azərbaycan SSR-in suverenliyinin qonşu Ermənistan SSR tərəfindən real siyasi və hərbi təcavüzə məruz qalmasını, habelə SSRİ dövlətinin SSRİ Konstitusiyasının 81-ci maddəsi ilə Azərbaycan respublikasının suverenliyini qoruması haqda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini nəzərə alaraq, respublikanın varlığını qorumaq üçün yerli və respublika milli müdafiə komitələrinin yaradılması həyati vacib məsələ kimi zəruri sayılsın və yaradılsın.
Həmin gündən Azərbaycan SSR könüllü olaraq SSRİ-nin Konstitusiyasının 73-cü maddəsi ilə verdiyi hüquqlarını özü əldə etmiş olur.
2) Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətindən tələb olunsun ki, Bakı şəhərində “Xüsusi vəziyyət” elan olunması haqqında qərar öz əhəmiyyətini tam itirdiyinə görə və buna heç bir zərurət olmadığına görə ləğv edilsin.
3) Qarşılıqlı siyasi münasibətlərin nizama salınmasına qədər Ermənistan SSR ilə mövcud iqtisadi əlaqələr kəsilsin.
4) Konstitusiyaya zidd yolla hakimiyyəti ələ aldığına görə DQMV-də yaradılmış milli şuranın üzvlərinin Azərbaycan SSR Konstitusiyasıın 60-cı maddəsinin tələbinə əsasən hakimiyyəti ələ keçirmə məqsədi ilə sui-qəsd etdiklərinə görə Azərbaycan SSR Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Respublika Prokurorluğuna və Daxili İşlər Nazirliyinə tapşırıq verilsin.
5) DQMV-in erməni əhalisinə rəsmi müraciət edilsin ki, Azərbaycan xalqına qarşı hər hansı bir düşmənçilik hərəkətlərindən əl çəksinlər, Azərbaycan SSR qanunlarına tabe olsunlar.
Üç gün müddətində əhalidə olan bütün silah növlərini könülü olaraq Azərbaycan SSR-in yaradılacaq Təşkilat Komitəsinə təhvil versinlər. Əks təqdirdə günahkarlar cinayət məsuliyətinə cəlb olunacaqlar.
6) Azərbaycan SSR Şaumyan (kənd) rayonu inzibati ərazi vahidi kimi ləğv edilsin və Xanlar, yaxud Qasım İsmayılov rayonlarının ərazilərinə birləşdirilsin.
7) DQMV-nin erməni əhalisi Azərbaycan SSR-nin suverenliyini pozmaqda, Azərbaycan xalqına qarşı düşmənçilik siyasətini, terrorçuluq aktlarını və başqa cinayətləri davam etsələr, göstərilən müddət ərzində tərkisilah olmasalar Azərbaycan SSR “Suverenlik haqqında Konstitusiya Qanunu”nun 12-ci maddəsinin 3-cü bəndinə əsaslanaraq DQMV statusunun ləğv edilməsi haqqında qərar çıxarsın.
8) Ermənistan SSR-ə elan edilsin ki, Azərbaycan suveren respublikasının daxili işlərinə müdaxilə, ona qarşı təcavüzlər və başqa cnayətlər kəsilməsə, Ermənistandan qovulmuş iki yüz mindən artıq azərbaycanlı öz əvvəlki yaşayış yerlərinə qaytarılıb və onlara muxtariyyət verilməsə, onların bütün Konstitusiya hüquqlarının, vurulmuş maddi və mənəvi ziyanlarının ödənilməsi tam təmin edilməsə Azərbaycan SSR Ali Soveti DQMV statusunun ləğv edilməsi haqqında qərar çıxaracaqdır. Bu haqda Azərbaycan SSR Xarici İşlər Naziri Ermənistan SSR-ə bəyanat versin.
9) Azərbaycanlıların kütləvi surətdə yaşadığı İran, Türkiyə, İraq, Əfqanıstan və digər xarici ökələrlə möhkəm diplomatik əlaqələr yaradılsın və bu əaqələrin inkişafı üçün əməli tədbirlər planı həyata keçirilsin.
10) Azərbaycan SSR DQMV ətrafındakı hadisələri birtərəfli işıqlandırdığına, təhrikçiliyə, milli münasibətlərin daha da kəskinləşdirilməsinə görə SSRİ Mərkəzi Televiziyası verilişlərinin birinci və ikinci proqramlarını 1990-cı il yanvarın 15-dən kəsilsin.
11) Sərhəd rayonlarında yollar Respublika Daxili İşlər Nazirliyinin və Milli Müdafiə Komitəsinin dəstələrinin tam nəzaəti altına daxil edilsin.
Sərhəd rayonlarında – avbtomobil, dəmir yolu və hava nəqliyyatında gediş-gəliş ciddi pasport rejimilə nəzarət altına alınsın.
12) SSRİ xalq deputatı, DQMV-də Xüsusi İdarə Komitəsinin sədri A.Volski seçiciləri tərəfindən onların etimadını doğrultmadığı üçün geri çağırılsın və millətlərarası münasibətlərin qızışmasına şərait yaratdığı üçün Azərbaycan SSR qanunları ilə cinayət məsuliyyətinə cəlb olunsun və bu barədə respublika prokurorluğu və Daxili İşlər Nazirliyinə tapşırıq verilsin.
13) Azərbaycan SSR EA-na tapşırılsın ki, Bakı şəhərində 1990-cı il mart ayının 21-də Qarabağın taixinə həsr olunmuş Beynəlxalq elmi simpoziumu təşkil etsin.
14) SSRİ Ali Sovetinin nəzərinə çatdırılsın ki, hal-hazırda Gürcüstan SSR-də yaşayan azərbaycanlılara qarşı eynilə “Ermənistan variantı” getdikcə vüsət alır, azərbaycanlıların konstitusiya hüquqları tapanır.
Tələb olunsun ki, bu məsələ SSRİ Ali Sovetinin növbəti iclasında müzakirə olunsun və Gürcüstanda yaşayan azərbaycanlıların konstitusiya hüquqları tam təmin olunsun.
Azərbaycan SSR Ali Sovetindən tələb olunsun ki, Gürcüstandan köçən Azərbaycan əhalisinin axınının qarşısını almaq üçün qəti tədbirlər görsün.
15) Azərbaycan SSR Ali Soveti 1990-cı il yanvar ayının sonunadək Sov. İKP MK baş katibi, SSRİ Ali Sovetinin sədri M.S.Qorbaçov yoldaşı respublikamıza rəsmi səfərə dəvət etsin və görülən tədbirlər haqqında onun hesabatı dinlənilsin.
16) Azərbaycan SSR Ali Sovetinin tapşırığı ilə respublika Ali Soveti Rəyasət Heyəti sədri SSRİ-nin Ali Sovetinə 1990-cı il yanvar ayının sonundək bəyanat ilə müraciət edərək bildirsin: - Əgər SSRİ dövləti onlara bəyanat təqdim olunan vaxtdan 1922-ci il SSRİ-nin yaranması haqqında müqavilə və SSRİ Konstitusiyasının 73-cü və 81-ci maddələrinə əsasən Azərbaycan SSR-in suvereliyini qorumaq sahəsində öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə davam edərsə və Ermənistan SSR tərəfindən Azərbaycana qarşı edilən siyasi təcavüzlərin, cinayətlərin və terror aktlarının qarşısını almasa, Azərbaycan SSR Ali Soveti respublika xalqının iradəsini ifadə edərək, Azərbaycan SSR Konstitusiyasının 69-cu maddəsi, respublika suverenliyi haqqında Konstitusiya Qanununun 7-ci maddəsinə və SSRİ Konstitusiyasının 72-ci maddəsinə əsaslanaraq Azərbaycan SSR-in SSRİ tərkibindən azad surətdə çıxması üçün ümumxalq referendumunu keçirəcəkdir.
4. Qaradağ rayonunun sement, elektrikməişət cihazları zavodlarına və digər müəssisələrə xammalın ildən yuxarı Ermənistandan göndərilməməsinin və bununla öz müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə rayon müəssiələrinin Ermənistanla iqtisadi əlaqələri kəsilsin.
5. Ermənistanla həmsərhəd olan Azərbaycan rayonlarının əhalisinə maddi köməyi əməli surətdə təşkil etmək məqsədilə rayon deputatları və ictimai təşkilatlarını AXC Qaradağ rayon şöbəsinin iştirakı ilə komissiya yaradılsın.
6. Sessiya rayonumuzda və bütün respublikamızda yaşayan rusdilli xalqlarına müraciət edib onları erməni ekstremistlərinin təbliğinə, fitnəsinə uymayaraq, doğma yurdlarını tərk etməməyə çağırır.
7. Rayonumuzdan seçilmiş SSRİ xalq deputatları Vəli Məmmədov və Anar Rzayevlə 1990-cı ilin yanvarın 17-nə kimi seçicilərlə görüşlər keçirilsin və sessiyamızda qəbul olunmuş qərarların əməli surətdə həyata keçirilməsi onlardan tələb olunsun.
8. Azərbaycan SSR Ali Sovetinin deputatı V.V.Petrov yoldaşa tapşırılsın ki, sessiyanın qərarının respublika Ali Sovetinin növbəti sessiyasında müzakirəyə qoyulmasını tələb etsin.
9. Qaradağ rayon Sovetinin İcraiyyə Komitəsi Atakişi Quliyev yoldaşa tapşırılsın ki, üç gün müddətində bu qərarın mətninin “Qaradağ”, “Xəzər” və “Dəniz neftçisi” çoxtirajlı qəzetlərində dərc olunmasını təmin etsin.
Qərarın nəşriyyat vasitəsilə azərbaycan və rus dillərində çap olunub geniş xalq kütlələrinə çatdırılması təşkil olunsun.
10. Qaradağ rayon Sovetinin deputatlarına tapşırılsın ki, öz seçiciləri ilə görüşüb fövqəladə sessiyanın qərarlarını onlara çatdırsınlar.
11. Həmin qərarın 4, 5, 8, 9, 10-cu bəndlərində verilən tapşırıqların icrasına nəzarət rayon XDS İcraiyyə Komitəsinə tapşırılsın.
12. Qərarlar baxılmaq üçün SSRİ Ali Soveti Rəyasət Heyətinə və Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə göndərilsin.
Qaradağ rayon Sovetinin İcraiyyə Komitəsinin sədri Atakişi Quliyev.
Qaradağ rayon Sovetinin İcraiyyə Komitəsinin katibi Mərufə İsgəndərova.
Qeyd: Həmin qərarın mətni, qəbul edilməzdən qabaq, Bakı şəhər Qaradağ rayon prokuroru İxtiyar Şirinovun təklifi ilə müəllif (Qaradağ rayon prokurorunun köməkçisi Məmmədxan Əzizxanlı) tərəfindən hazırlanmış və İ.Şirinov tərəfindən çıxışın mətni kimi Qaradağ rayon Xalq Deputatları Sovetinin sessiyasına təqdim edilmişdir. Qərardakı bir sıra prinsipial məsələlər sonradan “Varlığımızın tələbi” adlı bütüdə (məqalədə) yer almışdır.
Həmin qərarın qəbulunda, AXC Qaradağ Rayon Şöbəsinin (İdarə Heyətinin üzvü, sonradan sədri, hazırda KXCP-nin sədr müavini Bəybala Əbil), respublikada yaranmış son dərəcə gərgin ictimai, siyasi şəraitin müstəsna rolu olmuşdur.
“Qaradağ” qəzeti №3, səh. 1, 19.01.1990-cı il
Sözardı: Hörmətli oxucu, yəqin razılaşar ki, bu məzmunda cənəd və ona uyğun əməli tədbirlər əslində, Azərbaycan SSR Ali Soveti tərəfindən hələ ilk erməni təcavüzü başlayarkən qəbul olunmalı idi... Lakin, bu barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, kommunist partnamenqlaturasından ibarət, rusbaş, milli simasız rəhbərlərimiz bunu nə o hadisələrədək, nə o vaxt, nə də sonra etmədilər. Nəticədə, yüz minlərlə soydaşımız öz yurdu Ermənistan adlanan Qərbi Azərbaycandan 1948-53-cü illərdə qismən, 1988-90-cı illərdə isə tamamilə qovuldu (deportasiya aktı), Qarabağın dağlıq hissəsi və onun ətrafındakı 7 rayon ermənilər tərəfindən işğal olundu, ermənilər bu günədək cəzasız qalmaqdadır...
Məmmədxan Əzizxanlı
N.S
Reuters: ABŞ ara seçkilərindən sonra İrana qarşı hücumları gücləndirə bilər
İranda məktəb ləvazimatı yenidən bahalaşdı
İranda məhbuslar yenidən aclq aksiyası keçiriblər
İsrail HƏMAS-ın daxili təhlükəsizlik rəhbərinin Qəzzə şəhərində saxlanıldığını açıqlayıb
İlham Əliyev: Ermənistanın təqdim etdiyi xəritələr dəqiq deyil
İsrail Livanın cənubunda dron hücumundan sonra İranın dəstəklədiyi Hizbullaha zərbələr endirib
"JNS": ABŞ–İran danışıqları məsələsində Dohaya etibar etməyin
Azərbaycanlı siyasi məhbus xəstəxanaya köçürüldü
Tramp: İranla razılaşmanın “yazıldığı kağız qədər belə dəyəri yoxdur” – Fox News
Brent markalı neft 3,7 faizdən çox bahalaşaraq 94 dollara yaxınlaşıb
ABŞ Bəndər Abbasa və Hörmüz boğazı ətrafına zərbələr endirib - KİV
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq edib
İran hökuməti xalqa dəyər vermir- Mayk Uolts
İranlı deputat ABŞ-ın maraqlarına qabaqlayıcı zərbələr endirməyə çağırıb
AB-nin xarici siyasət rəhbəri Kallas: Hörmüz boğazında yeni rüsum və ödənişlər olmamalıdır
Mərkəzi Bank: İranın valyuta ehtiyatları var, 2 milyard dollar bazara çıxarmağa hazırıq
İranlı deputat: SEPAH Hörmüz boğazındakı icazəsi olmayan gəmilərə qarşı mübarizə aparacaq
Xarici İşlər Nazirliyi xaricdə İranla bağlı vahid narrativin formalaşdırılmasına çağırıb
İranlılar öz müttəfiqlərinə də atəş açır - Vens
Azərbaycanlı təqaüdçülər etiraz aksiyası keçirdilər
“Urmiyanın qədim məhəllələri” adlı dəyərli kitab nəşr olunub
Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür
Səudiyyə Ərəbistanının Aramco şirkəti Çinə daha çox neft təklif edir — Reuters
22 yaşlı etirazçı edam ediləcək
Kreml Ukraynaya qarşı nüvə silahından istifadəni nəzərdən keçirir
Azərbaycan və Türkiyə qadın voleybol milli komandaları üz-üzə gələcək
Kürdüstan əyalətinin yerli türk sakini olan bir ananın vali ilə söhbəti: Əyalətin bəzi hissələri tarixi türk və Azərbaycan əraziləridir - VİDEO
Bu, İran hökumətinə qarşı təzyiqin şiddətlənməsidir- Media
“Böyük Türk lüğəti” nəşr olunub — Həmədan türklərinin dili və mədəniyyətinə dəyərli töhfə
Təbrizdə məhbus edam edilib
Tramp: Hörmüz boğazı açıqdır, İranın cavabı “çox zəif” olub – Axios
Pezeşkian: Dövlətin işığı kəsilsin, amma istehsal müəssisələrinin elektrik enerjisi yox
KİV: ABŞ İrana yeni zərbələr endirməyi planlaşdırmır
Tramp “Artıq mehriban cənab yoxdur” xəbərdarlığını yenidən paylaşdı
"Traktor" yeni mövsümdə dördüncü qələbəsini qazandı
Məşhəddə ailə başçısı ailə üzvlərini öldürdü
Tramp Ontario gölünün adını dəyişdi (VİDEO)
İranda daxili repressiyalar və ölüm hökmləri güclənib